Milli Təhlükəsizlik Agentliyi kibertəhlükəsizlik üzrə yeni bölmə yaradacaq


Digərləri 30 İyl 2019 08:21:00 188 0

Milli Təhlükəsizlik Agentliyi kibertəhlükəsizlik üzrə yeni bölmə yaradacaq

ABŞ Milli Təhlükəsizlik Agentliyi ölkənin kənar kibertəhdidlərdən qorunması ilə məşğul olacaq kibertəhlükəsizlik üzrə yeni bölmə yaradacaq. "Kibertəhlükəsizlik üzrə direktorat" (Cybersecurity Directorate) adlanacaq yeni bölmə 1 oktyabr 2019-cu il tarixindən etibarən fəaliyyətə başlayacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, bölmənin direktoru bilavasitə Milli Təhlükəsizlik Agentliyinin rəhbəri general Pol Nakasoneyə hesabat verəcək Enn Noyberger təyin olunacaq.

Milli Təhlükəsizlik Agentliyi ABŞ-ın hücum kiberarsenalının hazırlanması və təkmilləşdirilməsi ilə məşhurdur. Yeni "Kibertəhlükəsizlik üzrə direktorat"ın rolu isə ABŞ təşkilatlarının təhlükəsizlik sistemlərinin yaxşılaşdırılmasından və onlara qarşı hücumların aşkarlanmasından ibarət olacaq.

"Kibertəhlükəsizlik üzrə yeni yanaşma Milli Təhlükəsizlik Agentliyinin ABŞ hökumətində Kibernetik Komandanlıq, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu kimi əsas tərəfdaşlarla əməkdaşlıqda mövqeyini möhkəmləndirəcək", - agentliyin bəyanatında vurğulanır.