Tokio sahillərində 6 bal gücündə zəlzələ olub


Dünya 30 İyl 2019 08:23:00 204 0

Tokio sahillərində 6 bal gücündə zəlzələ olub

Sakit okeanda, Yaponiyanın paytaxtı Tokiodan 300 kilometr cənubda 6 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Hatidzö adasının şərqində, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Bildirilir ki, zəlzələ Tokionun mərkəzi hissəsində və yaxınlıqdakı prefekturalarda hiss edilib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.