Sperma nümunəsi almaq üçün dizayn edilən robot


Digərləri 30 İyl 2019 08:25:00 274 0

Sperma nümunəsi almaq üçün dizayn edilən robot

Çində sperma donorları üçün çox fərqli bir üsul istifadəyə verilib. Sperma ianə etmək istəyənlər üçün inkişaf etdirilən və cinsi əlaqənin təsirini simüle edən robotlar, insanlardan sperma alarkən istifadəçilərə daha təsirli və sterilləşdirilmiş şərait təqdim edir. Hər il təxminən 10 min ədəd satıldığı qeyd olunan cihaz ABŞ və Almaniya kimi ölkələrdəki klinikalarda də istifadə edilir.

Son.az chip.az-a istinadən bildirir ki, sperma çıxaran robotlar 2012-ci ildən istifadəyə buraxılıb və hazırda ABŞ, Almaniya, Rusiya və Fransaya ixrac edilir.

5.000 sterlinlik qiymət etiketinə malik cihaz donorların boyuna görə nizamlana bilir. İstifadəçilər sürət, qüvvə, tezlik, temperatur və genişlik parametrlərini özləri seçə bilərlər. Jiangsu Sanwe Tibbi Elm və Texnologiya Mərkəzi hər il 10 min ədəd maşının satıldığını bildirir.  

Gigiyena baxımından cihazın içərisində olan hissə, hər xəstəyə özəl olur və prosesin ardından dəyişdirilir.