İmişli rayonunda ferma yanıb


Digərləri 30 İyl 2019 08:18:00 255 0

İmişli rayonunda ferma yanıb

İmişli rayonunun Otuziki kəndində ümumi sahəsi 1700 kvadratmetr olan fermanın dam örtüyünün taxta atmaları 150 kvadratmetr sahədə və fermanın içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu yanıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.