Günün qoroskopu: hadisələrin gedişatına kənar müdaxilələrə imkan verməyin


Digərləri 30 İyl 2019 00:01:00 275 0

Günün qoroskopu: hadisələrin gedişatına kənar müdaxilələrə imkan verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz.

Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər.

Buğa - seçdiyiniz istiqamətdə hərəkəti davam etdirin, mövqelərinizi möhkəmləndirin. Yolunuzda çətinliklər yaranarsa, təslim olmayın. Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür.

Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Həddən artıq səy göstərməklə, boş bir problemi fəlakət həddinə qədər böyüdə bilərsiniz.

Əkizlər - ətrafınızdakı baş verənlərə obyektiv reaksiya verin. Adekvat olun. Bu və digər səbəblərdən işgüzar mühitdə gərginlik yarana bilər. Həmkarlarınızı bədxah, rəhbərliyi aqressiv saymayın. Səbəbləri özünüzdə arayın.

Günün ikinci yarısında başqalarının dediklərinə çox inanmayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. Onu da bilin ki, ən zülmət qaranlıq dan yeri sökülməzdən əvvəl olur.

Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. İstənilən formada düşünülməmiş addımlardan uzaq olun. Azacıq şübhə yaradan məsələnin çözümü zamanı aramla davranın, tələsməyin. Daxili laübələr və təbəddülatların əsiri olmayın.  

Xərçəng - günün ilk yarısı intuisiyanızı işə salın. Fəaliyyətiniz planlaşdırılmış işlərlə bağlıdırsa, diqqətli və sayıq olun. Çevik, şüurlu, hiyləgər insan təsiri bağışlayın.

Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.

Şir - günün ilk yarısında fikirləriniz səlis olsun. Yeniliklər və dəyişikliklər olacaq. Onların nə dərəcədə uğurlu olacağı bilavasitə sizdən, cəhdləriniz və səylərinizdən asılıdır. Qətiyyətli davranın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışına diqqətlə fikir verin. Bəzi məqamlarda soyuqqanlı, bəzi situasiyalarda isə tam əksinə, aktiv davranmaq gərəkdir. Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı davranın. Yeni texnika və avadanlıqla çalışmazdan əvvəl onları yaxşıca sınayın.

Nasazlıqları dərhal aradan qaldırın.

Qız - diplomatcasına hərəkət edin, naqolay vəziyyətə düşməmək üçün səhih davranın. Həmkarlar və şəriklərlə birgə fəaliyyətdə yaranan anlaşılmazlığı müzakirələrlə, danışıqlarla aradan qaldırmaq olar.

Günün ikinci yarısında ani təsadüflər qarşılıqlı anlaşmanı pozmamalıdır. Xoşagəlməz situasiyaların yaranmasını önləmək üçün bir qədər sayıq olmaq yetər. Yaxın ətrafınıza diqqətlə baxın. Sizə bilərəkdən mane olan, işlərinizə pəl vuranlar var.

Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - gün bütün mənalarda əlverişlidir. Əsas məsələ yenilik və qeyri-ənənəvilikdən qorxmamaqdır. Bütün kəşflər yaxşı, bütün eksperimentlər uğurlu, bütün ideyalar heyranlığa layiqdir. Diqqət mərkəzində olsanız da, uğurlarınız həsəd yaratmayacaq. Hamı başa düşəcək ki, həm qələbəyə, həm də mükafata layiqsiniz.

Sevgililər üçün əla gündür. Onlar vaxtlarını birlikdə keçirə və bir-birilərinə ən məhrəm şeylərdən danışa bilərlər. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq.

Əqrəb - daha diqqətli olun, ətrafınızda baş verən hadisələrin mahiyyətindən bixəbər olmayın. Yeni avadanlıq və ya texnika ilə işin ilkin mərhələsində səhvlər, yanlışlıqlar yarana bilər. Nə isə dərhal alınmasa, ruhdan düşməyin.