"Təcili yardım xidməti trombolitiklərlə təmin edilsə, ürək xəstələrini ilk 6 saatda xilas etmək olar"


Digərləri 29 İyl 2019 23:10:00 246 0

"Təcili yardım xidməti trombolitiklərlə təmin edilsə, ürək xəstələrini ilk 6 saatda xilas etmək olar"

Azərbaycanda insanların ölümünə səbəb olan xəstəliklər içində 1-ci yerdə ürək-damar xəstəlikləri gəlir. Ürək-damar xəstəliyini aşkar etmək və müalicə etmək də müasir tibbdə çətin deyil. Amma damarları trombun qəfil tutması gözlənilmədən xəstəni çarəsiz duruma salır və letal sonluğa yaxınlaşdıra bilir.

Ürək tutması olan xəstə üçün mütləq təcili yardım çağırılır. Təcili yardım briqadası yerindəcə kardioqramma edib, infarktı və ya damar tutulmasını təsdiq edir. Əgər ağır vəziyyətdirsə, xəstəni müvafiq xəstəxanaya götürür, ağır deyilsə ilkin yardım edib, sabahı gün müayinələr məsləhət görülür.

Dünya təcrübəsində isə hazırda belə xəstələrə yanaşma bir qədər başqadır. Belə ki çox ölkələrdə təcili yardım briqadası elə yerindəcə xəstəyə tromb əridən dərmanlar vurur.

Son.az bildirir ki, medicina.az uzun müddət Kardiologiya İnstitutunun baş həkimi çalışmış, tibb elmlər doktoru, Avropa Kardioloqlar Cəmiyyətin üzvü, tanınmış həkim Əhməd Babayevlə elə trombolitik terapiyanın hospitəlizəyə qədərki mərhələdə effektiv təsiri barədə danışıb. Həkimlə müsahibəni təqdim edirik:

- Əhməd doktor, ilk öncə trombdan başlayaq? Nədir, necə yaranır və öncədən tədbir görmək mümkündürmü?

- Damarın daxili qatının, selikli qişasının pərdəsi altına xolesterin kütlələri yığılır, bərkiyir və selikli qişanı, yəni damarın pərdə qatını qaldırır. Damarın mənfəzi getdikcə daralır. Bu damara qanın formalı elementləri də çökür. Təzyiq xəstələrində qan qatı olur, o da damarda formalı elementləri çoxaldır laxta formasında kütlə əmələ gəlir. Bu kütlələr damarı daraldır.  Bu zaman xəstə təngnəfəs olur, pilləkənlə qalxdıqda, əlində yük olanda ürəyi ağrıyır, nəfəsi daralır. Getdikcə aktiv hərəkət zamanı təngnəfəsliyi artır, müalicə almadıqda hətta sakit halında da nəfəs daralır. Bir gün damar tam tutulur və o damarın qidalandığı ürək miokardına qan getmir.  Orda nekrozlaşma başlayır.

Damar tutulduqdan sonrakı ilk 6 saatda bu damarı açmaq mümkün olsa, ürək xilas edilə bilər. Əlbəttə yaxşı olar ki, damar tutulmağa başlayanda xəstə müalicə alsın: bu zaman qan durulducu, metobolizmi yaxşılaşdıran praparatlar təyin edilir, xolesterin blokları aradan qalxır, xəstə özünü yaxşı hiss edir. Belə xəstələrə gündə 5 km gəzməyi tövsiyyə edirik, çünki xırda kapilyarlar gəzdikcə yaxşı işləyir, hərəkətsiz qalanda o damarlar işləmir. Kapilyarlar da ürəyi qanla təmin edir, çalışmağa məcbur edir.  

- Bəs trombolitik nədir, bahalıdırmı, xəstəyə hansı effekti var?

- Müxtəlif ölkələrin istehsalı olan müxtəlif qiymətə trombolitiklər var. Kardioloqlar bu preparatlar barədə məlumatlıdır. 


Xəbərə aid fotolar