Tripolinin hava limanı atəşə tutulub


Digərləri 29 İyl 2019 22:23:00 212 0

Tripolinin hava limanı atəşə tutulub

Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanı atəşə tutulub

Bakı. Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanı atəşə tutulub. Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının administrasiyasının rəsmi "Facebook" səhifəsində yerləşdirdiyi məlumatda deyilir. Məlumatda bildirilir: "Hava limanının atəşə tutulması nəticəsində iş dayandırılıb. Hava limanı reyslərini qəbulunu və göndərilməsini tamamilə dayandırıb".