Apteklərdən bəhbəhlə aldığımız VİTAMİNlərin ziyanları ürək və böyrək xəstəlikləri, xərçəng, uşaqlarda inkişaf qüsurları...


Digərləri 29 İyl 2019 21:54:00 247 0

Apteklərdən bəhbəhlə aldığımız VİTAMİNlərin ziyanları  ürək və böyrək xəstəlikləri, xərçəng, uşaqlarda inkişaf qüsurları...

Harvard Universiteti (ABŞ) alimləri süni vitaminlərlə bağlı olan geniş araşdırma aparıblar.

Alimlər belə qərara gəliblər ki, süni vitamin-mineral kompleksləri və qida əlavələri nəinki faydasızdır, bəzi hallarda insan sağlamlığına hətta ciddi ziyan vura bilər. Xüsusilə bu vitaminlər müstəqil şəkildə, həkimlə məsləhətləşmədən və müayinələrdən  keçmədən qəbul olunursa.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Amerika alimləri aşkar ediblər ki, süni vitaminləri qəbul edən 40% insan belə terapiyadan heç bir fayda almır.

Yaşlı insanlar və hamilə qadınlara vitaminlər ciddi ziyan vura bilər. Hamiləlik zamanı bu və ya digər vitaminin artıqlığı dölün inkişafına mənfi təsir edə bilər. Hamiləlik zamanı yalnız fol turşusunun qəbulu vacib və faydalı sayılır.

Yaşlı insanlarda bəzi vitaminlərin artıqlığı (xüsusilə A vitaminin) şişlərin sürətlə inkişafına gətirib çıxarda bilər. E vitamininin artıqlığı yaşlılarda ürək-damar sisteminə ciddi ziyan vurur.

Bundan əlavə kalsiumun həddindən artıq miqdarda qəbulu yaşlı insanlarda sümüklərin daha da zəifləməsinə gətirib çıxardır, damarların və böyrəklərin sağlamlığına mənfi təsir edir.

Alimlərin fikrinə görə, üzərində "super", "ekstra", "forte" kimi yazılar olan vitamin-mineral komplekslər xüsusilə təhlükəlidir ki, onların tərkibində olan vitamin və mineralların miqdarı adi komplekslərlə müqayisədə daha yüksək olur.