Dənli bitkilərin ən faydalısı


Digərləri 29 İyl 2019 21:30:00 235 0

Dənli bitkilərin ən faydalısı

Düyü dənli bitkilərin ən faydalısı sayılır və heç də təsadüfi deyil ki, dünya əhalisinin yarıdan çoxu üçün əsas qida sayılır. Lakin düyünü göy-göyərtisiz, meyvə-tərəvəzsiz və digər çiy qidalarsız yeyənlər vitamin çatışmazlığı olan Beri-beri xəstəliyinə tutula bilərlər. Təəssüf ki, emal zamanı düyünün qidalı elementlərlə zəngin olan qabığı atılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gündə 100 qram bişmiş və yağsız düyü yemək orqanizm üçün çox faydalıdır.

Düyü orqanizmin D vitamininə olan tələbatının 23 faizini ödəyir. Onun tərkibi amin turşuları, mikroelementlər və minerallarla zəngindir. Dərini qoruyur, ürək problemlərinin profilaktikası üçün faydalıdır. Digər qidalarda olduğu kimi, çox istifadə olunması artıq çəkiyə səbəb ola bilər. Onunla axşam saatlarında deyil, nahar vaxtı qidalanmaq daha yaxşıdır.