Maşındakı kondisionerdən SAĞLAMLIĞI qoruyan düzgün istifadə QAYDALARI


Digərləri 29 İyl 2019 21:25:00 272 0

Maşındakı kondisionerdən SAĞLAMLIĞI qoruyan düzgün istifadə QAYDALARI

İsti havada avtomobildə kondisionerin olması komfortun əsas şərtidir.

Lakin maşında olan kondisionerdən düzgün istifadə etmək lazımdır ki, bu xəstəliyə səbəb olmasın. Həkimlər qeyd edirlər ki, yayda məhz maşında kondisionerlərin olmasına görə angina, faringit və hətta bronxit və pnevmoniyanın halları artır.

Bunun qarşısını almaq üçün ilk növbədə ətraf mühitlə maşının salonunda olan hava temperaturunun fərqi 10 dərəcədən çox olmamalıdır. İnsan maşından düşəndə və yenidən maşına minəndə temperatur fərqi onun sağlamlığına mənfi təsir edir, immun sisteminin zəifləməsinə gətirib çıxardır. Bu gün ərzində dəfələrlə təkrarlanırsa respirator xəstəliklərinin riski də artır.

Bundan əlavə hərarət fərqi ürək tutmasına səbəb ola bilər. Bu ürək xəstəlikləri olanlarda, yaşlı insanlarda xüsusilə tez-tez baş verir.

Soyuq hava axınını üz və ayaqlara istiqamətləndirməyin, bu da xəstəliyin riskini artırır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, maşında olan kondisionerin filtrləri vaxtı-vaxtında təmizlənməlidir. Bu filtrlərdə çoxlu mikroblar yığılır və sonra hava axını ilə insanın nəfəs yollarına düşür.