Çində daşqınlar 14 nəfəri öldürdü


Dünya 29 İyl 2019 21:05:00 221 0

Çində daşqınlar 14 nəfəri öldürdü

Çinin cənub-qərbindəki Yunnan əyalətində aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 14 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, son dörd gün ərzində qeydə alınmış hadisələr nəticəsində 31 mindən çox sakin fəlakət zonasında qalıb.

İki nəfərin itkin düşdüyü hesab olunur. 100-dən çox sakin təxliyə edilib.

Ümumilikdə, 1,3 hektar əkin sahəsinə ziyan dəyib, 100-dən çox yaşayış evi dağılıb.