Sevdiyinin "başını kəsən" şoubiznes məşhurlarımız FOTO


Şou-biznes 29 İyl 2019 20:55:00 230 0

Sevdiyinin "başını kəsən" şoubiznes məşhurlarımız  FOTO

Son günlərdə Azərbaycan şou-biznesin bəzi qadın nümayəndələri sevdiyi şəxslərlə gündəmə gəlir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kimisi ərinin, kimisi də münasibətini rəsmiləşdirmədiyi sevdiyi bəyin fotosunu paylaşır.

Amma onlar bunu sanki bir trendə çeviriblər. Belə ki, paylaşılan fotolarda izləyicilər şou-biznesin xanım nümayəndələrinin sevdiyi şəxsin simasını görə bilmirlər. Şəkillərdə sadəcə kişilərin yalnız bir bədən üzvü düşür ki,  o da xanımın sarıldığı ya qoldur, ya da tutduğu əl... Buna görə onları sevdiyinin başını "kəsən" şou-biznes nümayəndələri də adlandırmaq olar.

"Təkqol" trendinə son zamanlarda daha çox üstünlük verən müğənni Şəbnəm Tovuzludur.  İzləyiciləri ifaçının həyat yoldaşı olan və israrla hamıdan gizlətməyə çalışdığı Hacısının yalnız sol qolunu görüblər.

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini fərqli üslubda oxuyaraq gündəmə gəlməyi bacaran Afət Fərmanqızı da "qonşudan qalma dala" prinsipinə əməl edərək, izləyicilərinə sevdiyi bəyəfəndinin yalnız sol əlini çəkib göstərib. Deyilənə görə, Afətin də əri Hacıdır...

Uzun zamandır sevgilisiz qalan aktrisa-model Pərvin Abıyeva da son paylaşımı ilə gündəmə gəlib. O da naməlum kişinin sol qoluyla şəkil paylaşaraq izləyicilərini düşündürməyə vadar edib. Deyilənə görə, bu şəxs Pərvinin sevgilisidir və cazibədar aktrisa onu ictimaiyyətdən gizlətməyə çalışır.

Müğənni Günah İbrahimli də sevgilisini ictimaiyyətdən gizlətməyə üstünlük verən şou-biznesin xanım nümayəndələri arasındadır. O da vaxtı ilə "təkqollu" paylaşımları ilə diqqət çəkib.


Xəbərə aid fotolar