Çində daşqınlar 14 nəfəri öldürdü


Digərləri 29 İyl 2019 20:51:00 204 0

Çində daşqınlar 14 nəfəri öldürdü

Çinin cənub-qərbindəki Yunnan əyalətində aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 14 nəfər həlak olub

Bakı. Çinin cənub-qərbindəki Yunnan əyalətində aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 14 nəfər həlak olub. Trend-in məlumatına görə, son dörd gün ərzində qeydə alınmış hadisələr nəticəsində 31 mindən çox sakin fəlakət zonasında qalıb. İki nəfərin itkin düşdüyü hesab olunur. 100-dən çox sakin təxliyə edilib. Ümumilikdə, 1,3 hektar əkin sahəsinə ziyan dəyib, 100-dən çox yaşayış evi dağılıb.