Rusiyadan gələn "Sprinter"də qanunsuz ətirlər aşkarlandı FOTO


Digərləri 29 İyl 2019 19:05:00 209 0

Rusiyadan gələn "Sprinter"də qanunsuz ətirlər aşkarlandı  FOTO

"Xanoba" gömrük postunda qanunsuz yolla ölkəyə gətirilən müxtəlif markalı ətirlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yuxarı yük üçün nəzərdə tutulmuş rəflərin axırında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 92 ədəd müxtəlif markalı ətirlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid foto