Yunanıstanda növbəti zəlzələ


Digərləri 29 İyl 2019 16:21:00 219 0

Yunanıstanda növbəti zəlzələ

Yunanıstanın Attika bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan Attika rayonunun bir çox yerlərində hiss olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ Afinanın şimal-qərbində qeydə qalınıb.

Qeyd edək ki, son günlər Yunanıstanda seysmik aktivlik müşahidə olunur. İyulun 19-da Afinada 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkə əhalisinin ciddi narahatlığına səbəb olub.