Üzüm bağları yoxlanıldı


Digərləri 29 İyl 2019 15:12:24 228 0

Üzüm bağları yoxlanıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar müşahidələri davam etdirir. Növbəti müşahidələr Samux rayonunda həyata keçirilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar müşahidələri davam etdirir. Növbəti müşahidələr Samux rayonunda həyata keçirilib. AQTA-dan Trend-ə verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Samux rayonunda “Kaberne”, “Şiraz”, “Mədrəsə”, “Şardone”, “Rkasiteli”, “Merlo”, “Saperavi” və s. üzüm sortları yetişdirilən 309 ha texniki üzüm bağında monitorinq aparılıb. Müşahidələr zamanı 24 ha “Rkasiteli” texniki sortu yetişdirilən üzüm bağının 1 ha-da Salxım yarpaqbükəni (Törədici Polychrosis botrane Schiff.) zərərvericisinə sirayətlənmə halları aşkar edilib.