Azərbaycanda 14 yaşlı oğlan faciəvi şəkildə öldü


Digərləri 29 İyl 2019 14:53:00 281 0

Azərbaycanda 14 yaşlı oğlan faciəvi şəkildə öldü

Ağdaş rayonunda faciəvi hadisə baş verib.

Son.az xəbər verir ki, Ağdaş şəhəri SU-18 qəsəbə sakini, 2005-ci il təvəllüdlü Şəfiyev Fərrux Fərrux oğlu Türyançayda boğulub.

Yeniyetmə oğlan çayın Ağdaş şəhərindən keçən hissəsində çimərkən dərinlikdə batıb. Axtarış tədbirləri nəticəsində onun meyiti batdığı yerdən 1 kilometr uzaqlıqda tapılıb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır. (publika.az)