DİQQƏT! Bu küçələr rənglənir


Digərləri 29 İyl 2019 11:45:00 196 0

DİQQƏT! Bu küçələr rənglənir

Bakı şəhəri, Mətbuat və Həsən bəy Zərdabi küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

Bakı. Elçin Mehdiyev - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Mətbuat və Həsən bəy Zərdabi küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə məlumat verilib. Bildirilir ki, bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur