Məşhur türk aktrisası hamilədir


Digərləri 29 İyl 2019 10:52:00 224 0

Məşhur türk aktrisası hamilədir

Türkiyəli aktrisa Bergüzar Korel hamilədir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisanın ikinci övladı dünyaya gələcək. O, hamiləliyinin ilk həftələrindədir.

Paparassilərin çəkdiyi fotoda aktrisanın qarnını çantasıyla gizlətməsi də iddiaları gücləndirib.

Qeyd edək ki, B. Korel 2009-cu ilə "Minbir gecə" serialında tanış olduğu Halit Ergençlə ailə qurub. Cütlüyün 9 yaşlı övladı var.