Bu rayonlarda qaz kəsildi - Xətlər zədələnib (FOTO)


Digərləri 29 İyl 2019 10:52:00 195 0

Bu rayonlarda qaz kəsildi - Xətlər zədələnib (FOTO)

Qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb.

Bakı. Elçin Mehdiyev - İyulun 28-də qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb. Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar. Buna görə də 1300 abunəçinin qaz təminatı dayandırılıb.