Piylənmənin əsl səbəbi məlum oldu


Digərləri 28 İyl 2019 21:54:00 233 0

Piylənmənin əsl səbəbi məlum oldu

Yapon alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, nəticələrə əsasən, piylənmənin səbəbi bağırsağın immun hüceyrələridir. Məlum olub ki, qidadan imtina etmədən kökəlməmək mümkündür. Yəni qızardılmış kartof, şirniyyat xoşlayanlar bundan sonra sevimli vərdişlərindən əl çəkməyə bilərlər.

Artıq çəki "İLC2B" hüceyrələrinin təsiri nəticəsində yaranır. Bunu Kanaqava şəhərindəki "RİKEN" təqdiqat mərkəzi təcrübələrə əsasən deyir. Amma hələlik hüceyrələrin iş prinsipi bilinmir.

Əgər orqanizmdə bu hüceyrələri "söndürmək" mümkün olsa, yağlı yeyib kökəlməmək olar. Hələlik alimlər hüceyrələrə necə nəzarət etməyin yollarını axtarırlar.