Çay, ispanaq və qırmızı şərab haqqında BİLMƏDİYİNİZ FAKTLAR


Digərləri 28 İyl 2019 19:25:00 286 0

Çay, ispanaq və qırmızı şərab haqqında BİLMƏDİYİNİZ FAKTLAR

Bəzi məhsullar faydalı olmasına baxmayaraq, artıq çəkiyə səbəb olur.

Son.az oxucuları köklüyə səbəb olan faydalı məhsullarla tanış edir.

Qırmızı şərab

Əsl qırmızı şərab çox faydalıdır. Tərkibindəki yüksək resveratrol sayəsində ürək-damar və soyuqdəymə xəstəliklərinin yaranma ehtimalını aşağı salır. Ancaq şərab qədəhləri bir qayda olaraq çox böyükdür və bu, dozanın miqdarına nəzarəti çətinləşdirir. Gündəlik 150 ml şərab içmək yolveriləndir və təxminən 100-130 kalori edir.

Qəribə səslənsə də, şərab içərkən kiçik ölçülü qədəhlər istifadə etməlisiniz. Bu, aşırı kalori qəbulunun qarşısını alacaq. Bəzi araşdırmaçılar iddia edir ki, spirtli içki insanları əlavə 380 kalori qəbul etməsinə səbəb olub. Əgər həftədə 3 dəfə alkoqol qəbul edirsinizsə, o halda gələcəkdə əlavə 8 kq kökəlmək ehtimalını artırırsınız.

Gavalı qurusu

Qara gavalı qurusu və digər meyvə quruları faydalı olsa da, çox yeyildikdə, piylənmənin əla sürətləndiricisi ola bilər. 4-5 meyvə qurusu 3 qram lif ehtiva edir. Dünya şöhrətli qidalanma mütəxəssisi Rebekka Skritçfildin sözlərinə görə, bu maddənin yarısı həzm edilmir. Toxluq hissi verən lifin bir hissəsi xolesterini azaldır və qanda şəkərin səviyyələrini tənzimləyir.

Gavalı qurusu eyni zamanda xəstəliklərin qarşısını alan polifenol və digər faydalı maddələr ehtiva edir. Amma məsələ o qədər də sadə deyil: bir fincan meyvə qurusuna eyni miqdarda təzə meyvələrdən daha çox kaloli və şəkər daxildir. Odur ki, gavalı qurusu qarnir və çərəz kimi yox, müstəqil qəlyanaltı kimi olaraq düşünülməlidir.

İspanaq

İspanaq ən məşhur pestisid məhsullarından biri sayılır. Bu yaşıl yarpaq sərbəst radikallarla mübarizə aparan antioksidantlarla doludur. İspanaq eyni zamanda bitkimənşəli dəmir və kalsiumun ən yaxşı mənbələrindən biridir. Bu məhsul probiotiklərin mükəmməl dozasını təmin edir və bağırsağın qorunmasına kömək edir.

Ekoloji işçi qrupunun aparıdığı araşdırma nəticəsində məlum olub ki, 97% inspanaq nümunələrində pestisidlərin qalıqları var. 2010-cu ildə aparılan bu araşdırma pestisidlərin istehlakı ilə bədən çəkisinin indeksi arasında əlaqə olduğunu göstərib.