Ötən il BƏƏdə nüvə sektorunda fəaliyyətlə bağlı 1100ə yaxın lisenziya verilib


Dünya 28 İyl 2019 18:25:00 243 0

Ötən il BƏƏdə nüvə sektorunda fəaliyyətlə bağlı 1100ə yaxın lisenziya verilib

Birləşmiş Ərəb Əmirliklərinin Nüvə Tənzimlənməsi üzrə Federal Orqanı 2018-ci il ərzində nüvə sektorunda fəaliyyətin aparılması üçün 1088 lisenziya verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BƏƏ-nin Nüvə Tənzimlənməsi üzrə Federal Orqanının ötən il üçün hazırladığı illik hesabatında deyilir.

Qurumun məlumatına görə, keçən il tibb və qeyri-tibb sahəsində radiasiya mənbələrindən istifadə etməklə fəaliyyətin göstərilməsi üçün 483 yeni lisenziya verilib, 459 lisenziyanın vaxtı uzadılıb və 146 lisenziya dəyişdirilib. Bu qurum, həmçinin nüvə materiallarının saxlanılması, emalı, nüvə materiallarının və tənzimlənən elementlərin ötürülməsi ilə bağlı 7 yeni lisenziya verib, 19 lisenziyanın müddətini artırıb və 3 lisenziyanı dəyişdirib.

Keçən il nüvə sektoruna idxal üçün 774, ixrac üçün isə 270 icazə verilib.