Bütün qadınların sevdiyi ətrin yaradıcısı əslində KİM İDİ? İnanılmaz CASUS HEKAYƏSİ FOTO


Digərləri 28 İyl 2019 18:10:00 321 0

Bütün qadınların sevdiyi ətrin yaradıcısı əslində KİM İDİ?  İnanılmaz CASUS HEKAYƏSİ  FOTO

Modanı yenidən yaradan və "Chanel" ətirləri ilə adını tarixə yazan Koko Şanel İkinci Dünya müharibəsi zamanında bir nasist zabiti ilə sevgili olmaqla kifayətlənməyib, həm də onlar üçün casasluq edib.

Son.az xəbər verir ki, Şanelin nasistlərlə eyni düşüncəni paylaşdığı, yəhudiləri və kommunistləri sevmədiyi bildirilir.

Məlumatda bildirilir ki, çox fürsətcil qadın olan Şanel nasistlər iqtidarda olanda, o da modanın iqtidarı olub.

Şanel markasının yaradıcısı, Fransız modelyer almanların xarici siyasəti və Hitlerə heyran idi. İkinci Dünya Müharibəsinin ilk illərində Şanel alman aristokrat Gunter von Dinklageni sevir. O, nasistlərin təbliğat naziri Cosef Gebbelsə bağlı adam idi. Nasistlər 1940-cı ildə Fransanı işğal edəndə hər kəs evlərindən küçəyə atılsa da, Şanel ancaq yüksək rütbəli alman zabitləri və nasist dəstəkçilərinin qala bildiyi Ritz otelə yerləşmişdi.

Bu günün də sevilən ətirlərindən olan "Chanel No:5" ətiri ilə bağlı ad haqqını 1920-ci ildə yəhudi bir ailəyə satıb. Lakin İkinci Dünya müharibəsi vaxtında nasistlər yəhudi mallarını müsadirə edərkən o, ari irqindən olduğunu deyərək ətirin ad hüquqlarını öz üstünə geri almaq istəyib. Bu alış-verişdən o, bu günün məzənnəsi ilə 9 milyon dollar civarında pul alıb. Şanel yəhudilərdən nifrət etsə də, onun maliyyə uğurunu əslində, bir yəhudi ailəsi təmin edib.

Şanel sevgilisi sayəsində "gizli xəbəralma agenti" Valter Şellenberqin ödənişli agenti olub. Gizli nasist adı isə "Vestmisnter" idi. Təbii ki, həmin illərdə Şanelin adı moda aləmində bəlli idi. İngiltərə cəmiyyətləri ilə əlaqələri yüksək səviyyədə idi. Dövrün baş naziri Uinston Çörçili belə tanıyırdı. Nasistlər də onun bu əlaqələrini imkana çevirmək istəyirdi. Bunun üçün onlar çox məkrli bir plan qurdular.

Şanel İngiltərə cəmiyyətindən dostu Vera Lombardi Madridə çağırdı və ona İspaniyada bir Şanel mağazası açmaq fikrindən danışdı. Əslində isə Şanelin belə bir dərdi yox idi, bu yalanla Çörçillə əlaqə qurmaq istəyirdi. Lombardi Madriddəki İngiltərə konsulluğuna girənə qədər bu planı anlamamışdı. Ancaq Şanelin əsl niyyətini başa düşəndə onu və nasist agentləri ələ verdi.


Xəbərə aid fotolar