Dəbdə kəndsayağı romantika FOTO


Digərləri 28 İyl 2019 17:59:00 537 0

Dəbdə kəndsayağı romantika  FOTO

Tanınmış aktrisa Dakota Conson sadə və çox yönlü geyimlərin böyük pərəstişkarıdır. Ulduzun qarderobuna həm gündəlik, həm də iş görüşlərinə geyinə biləcəyi rahat geyimlər daxildir. Havanın hərarəti yüksəldikcə kino ulduzu da geyimdə rahatlığa və universallığa qaçır. Aktrisa hər çıxışında xatırladır ki, yaz əlbisəsi mütləq güllü və ya ağ olmalı deyil, ən az gül naxışları qədər effektli olan digər naxışlar da var və onlara nəzər salmağa dəyər.

Son.az xəbər verir ki, dama-dama donlar bu ilin trendləri arasında özü üçün sarsılmaz yer edib. Ənənəvi fransız naxışı harada olmağınızdan asılı olmayaraq dərhal bayram əhval-ruhiyyəsi yaradır. Xüsusilə xırda dama-dama donlar bu yayın arzulunan geyimləri reytinqinə daxildir.

Kənd romantikasını xatırladan bu naxışa Dakota Conson və bir çox məşhur modapərəstlər böyük məmnuniyyətlə üstünlük verir. Odur ki, Dakota Consondan ilham alın və alış-verişə gedin. (publika.az)