İtaliyada əlverişsiz hava şəraitindən iki nəfər ölüb


Digərləri 28 İyl 2019 15:43:00 164 0

İtaliyada əlverişsiz hava şəraitindən iki nəfər ölüb

İtaliyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb

Bakı. İtaliyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə "RaiNews24" xəbər kanalı bildirib. Məlumata əsasən, ötən gəcə Foçene yaşayış məntəqəsində baş verən tornado nəticəsində 27-yaşlı qadın həlak olub. Tornadoya görə çox sayda park edilmiş avtomobillərə xeyli ziyan dəyib, iki binanın dam örtükləri qismən qopub.