"Taxttac oyunları"nın yaradıcıları NBO studiyasını tərk edə bilərlər


Digərləri 28 İyl 2019 15:00:00 259 0

"Taxttac oyunları"nın yaradıcıları NBO studiyasını tərk edə bilərlər

Populyar "Taxt-tac oyunları" serialının yaradıcıları Devid Benioff və Deniel Brett Uays NBO studiyasını tərk edə bilərlər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı "The Hollywood Reporter" nəşri yayıb.

Məlumatda deyilir ki, populyar televiziya şousunun müəllifləri rekord 200 milyon dollar məbləğdə müqavilə imzaladıqları üçün NBO-dan getmək barədə qərar qəbul ediblər.

Məlumata görə, "Amazon", "Netflix" və "Disney" kimi iri studiyalar Benioff və Uaysı cəlb etmək uğrunda mübarizə aparırlar. Serialın müəllifləri "Amazon" studiyasından təklif alıblar. "Amazon" onlara "Üzüklər hökmdarı" serialı üzərində işləməyi təklif edib.

Bundan əlavə, "Disney" onlara FX kanalının prodüserlərinə rəhbərliyi təklif etmək istəyir.