Turistlər otel seçərkən rəyləri öyrənirlər


Digərləri 28 İyl 2019 14:20:00 44 0

Turistlər otel seçərkən rəyləri öyrənirlər

İnternetdə səyyahların rəyləri səfərə çıxmağa hazırlaşanlar üçün əsas informasiya mənbəyidir. "TripAdvisor" saytının analitikləri bu qənaətə gəliblər.

Bu xəbəri də oxu: Sumqayıtda dönərxana yanıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səyyahlar arasında çox populyar olan bu internet-servisin apardığı qlobal tədqiqat zamanı 23 min istifadəçinin rəyi soruşulub. Məqsəd otellərdə nömrələrin bron edilməsində, restoranların və turizm tədbirlərinin seçilməsində onlayn-rəylərin nə kimi rol oynadığını aydınlaşdırmaq olub.

Əldə olunmuş nəticələrə görə, ixtisaslaşdırılmış saytlarda səyyahlar üçün əsas informasiya mənbəyi şərhlərdir. Turistlərin 72 faizindən çoxu qərar qəbul etməzdən əvvəl həmişə, yaxud tez-tez həmin rəyləri oxuyur. Söhbət yaşayış yerinin bron edilməsindən gedəndə bu rəqəm daha yüksək olur: hər 5 səyyahdan 4-ü, yəni 81 faizi otelə müraciət etməmişdən əvvəl həmişə və ya tez-tez rəylərlə tanış olur. Hər 10 istifadəçidən təqribən 8-i, yəni 79 faizi eyni şərtləri olan iki obyekt arasında seçim edərkən böyük ehtimalla reytinqi daha yüksək olan otelə üstünlük verir. Səyyahların yarısından bir qədər çoxu - 52 faizi rəyləri öyrənmədən oteldə nömrə sifariş etmir.

Tədqiqat saytın analitiklərinin bir sıra gözlənilməz nəticələrə gəlməsinə imkan verib. Hər 10 respondentdən təqribən 4-ü, yəni onların 39 faizi çox kəskin şərhlərə məhəl qoymayıb. Rəyi soruşulanların yarısından çoxu - 55 faizi insanların münasibəti haqqında maksimum tam təsəvvür əldə etmək üçün yalnız bir neçə rəylə tanış olub. İstifadəçilər qəti qərar qəbul etmək üçün, orta hesabla, 9 rəy oxuyub. Bu zaman rəyin yazılma tarixi böyük əhəmiyyət daşıyıb. Sorğu iştirakçılarının təqribən 80 faizi sonuncu şərhlərə daha böyük əhəmiyyət verib.

Myanmada sürüşmə nəticəsində 14 nəfər həlak olub like
  • 28 İyl 14:17  
Digərləri Myanmada sürüşmə nəticəsində 14 nəfər həlak olub

Myanmanın Kaçın ştatında baş verən torpaq sürüşməsi nəticəsində ə

arrow Ətraflı
Yolu keçmək istəyən qadını vurdu like
  • 28 İyl 14:10  
Digərləri Yolu keçmək istəyən qadını vurdu

Ötən gün axşam saatlarında Sumqayıtın Niyazi küçəsində piyadanın vur

arrow Ətraflı
Türkiyədə II Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb like
  • 28 İyl 13:49  
Digərləri Türkiyədə II Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Türkiyənin İzmir şəhərində II Beynəlxalq Film Festivalı baş tutub.

arrow Ətraflı
Günvurma zamanı bunları etmək lazımdır? like
  • 28 İyl 13:44  
Digərləri Günvurma zamanı bunları etmək lazımdır?

Son günlər paytaxt Bakıda küləkli hava şəraiti müşahidə olunsa da, bö

arrow Ətraflı
Paralimpiyaçılarımız Avropa Çempionatında finala vəsiqə qazanıb like
  • 28 İyl 13:43  
Digərləri Paralimpiyaçılarımız Avropa Çempionatında finala vəsiqə qazanıb

Avropa Çempionatının ikinci günündə paralimpiyaçılarımızdan üç nəf

arrow Ətraflı
Təbiətin möcüzəsi  FOTO like
  • 28 İyl 13:40  
Digərləri Təbiətin möcüzəsi FOTO

Lombok İndoneziyanın Qərbi Nusa Tenqara əyalətində yerləşən adadır. C

arrow Ətraflı
"Kölgə insanları"  cinlər, yoxsa yadplanetlilər?  Şahidlər DANIŞIR like
  • 28 İyl 13:35  
Digərləri "Kölgə insanları" cinlər, yoxsa yadplanetlilər? Şahidlər DANIŞIR

2011-ci ilin yayında Kaliforniya ştatının sakini Den Cey paranormal tədqiqa

arrow Ətraflı
Qadın başı tikilmiş kişi cəsədi tapıldı like
  • 28 İyl 13:25  
Digərləri Qadın başı tikilmiş kişi cəsədi tapıldı

ABŞ-ın Arizona əyalətində FBİ agentləri qadın başı tikilmiş kişi cə

arrow Ətraflı
Britaniyanın ticarət şəbəkələri plastik paketlərin istifadəsindən imtina edir like
  • 28 İyl 13:20  
Digərləri Britaniyanın ticarət şəbəkələri plastik paketlərin istifadəsindən imtina edir

Böyük Britaniyanın iri pərakəndə satış şəbəkələri, o cümlədən &q

arrow Ətraflı
Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir? like
  • 28 İyl 13:15  
Digərləri Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçılar 967,3 milyon

arrow Ətraflı
Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir? like
  • 28 İyl 13:05  
Digərləri Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçılar 967,3 milyon nəf

arrow Ətraflı