6 yaşlı uşaq ayda 3 milyon dollar qazanır


Digərləri 28 İyl 2019 12:43:00 209 0

6 yaşlı uşaq ayda 3 milyon dollar qazanır

Cənubi koreyalı 6 yaşlı Yutub fenomeni Boram paytaxt Seulda 8 milyon dollar dəyərində beşmərtəbəli mülk alıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Yutub kanalında 30 milyondan çox izləyicisi olan azyaşlı qız malikanəni ailəsi tərəfindən qurulan "Boram" şirkətinin vasitəsilə alıb.

Lakin malikanəyə xərclənilən pulu Boramın özü qazanıb.

İki fərqli Yutub kanalı olan balaca qızın kanallarının birində 13,6 milyon, digərində isə 17,6 milyon izləyicisi var. Boramın bəzi videoları 350 milyondan çox izlənilib.

Onun aylıq gəlirinin 3 milyon dollar olduğu bildirilir.