QuraniKərimdə bəhs edilən gizli elmi gerçəklər FOTO


Digərləri 28 İyl 2019 12:32:00 219 0

QuraniKərimdə bəhs edilən gizli elmi gerçəklər  FOTO

1400 illik tarixi olan İslam dininin müqəddəs kitabı Qurani Kərim elm dünyasına işıq tutan gerçəklərdən bəhs etməkdədir.

Elm adamlarının illərcə araşdırdığı, üzərində çalışdığı elmi gerçəklərdən Qurani Kərim 1400 il öncə bəhs edib. Əsrlər öncəsindən bizə gələn bu gerçəklikərin bir qisminə nəzər salaq.

Dünyanın forması

Son.az musavat.com-a istinadən bildirir ki, Frensis Dreyk 1597-ci ildə dünyanın ətrafında dolaşaraq, planetimizin kürə fomasında olduğunu isbat edib. Dreykdən illər öncə isə Qurani Kərimdə uca Allah Yasin və Nəml sürələrində "Bundan sonra da yeri döşəyib (yayıb, dəvəquşu yumurtası şəklinə gətirdi) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı)" - deyə, buyurur.

Sözügedən ayədə "dəvəquşu yumurtası şəklinə gətirdi" - deyə yazıldığı üçün bu, "ellips" kimi tərcümə edilib. Dünyanın tam olaraq yuvarlaq deyil, ellips formasında olduğu da elmi olaraq təsdiq edilib.

Kainatın genişlənməsi

İsaak Nyuton kütlə və cazibə qüvvəsi qanunlarını kəşf etdikdən sonra kainatın dəyişməzliyi mövzusu müzakirə edilməyə başlayır. Bu illər ərzində "bütün səma cismləri bir cazibəyə sahibdirsə, kainat kiçilməlidir", - deyə düşünülürdü. Modern elmi araşdırmalar isə kainatın durmadan genişləndiyini isbat edir. Əsrlər öncə bizlərə bəxş edilən Allahın kitabı Qurani Kərimdə isə bu barədə bəhs edilir. Konkret olaraq, Əz-Zariyət surəsi, 47-ci ayəyə nəzər salaq: "Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik)". Bu surədən də başa düşüldüyü kimi, illər öncə kainatın genişləndiyi Qurani Kərimdə açıq-aşkar şəkildə bildirilib.

Şirin su və duzlu su arasındakı əngəl

Quranda bəhs edilən digər elmi gerçək isə şirin və duzlu suyu bir-birinə qarışdırmayan əngəlin olmasıdır. Bu əngəli 1962-ci ildə alman professorları Ədən körfəzi ilə Qırmızı dənizin birləşdiyi Babül-Məndəb boğazında tapıblar. Daha sonra fransız sualtı tədqiqatçısı Kusto bu su əngəlinin bütün dənizlərin birləşmə nöqtələrində mövcud olduğunu təsbit edib. Allah-Təala isə "Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarşmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!" - deyə, Furqan surəsi, 53-cü ayədə buyurur.