3 qardaş güllələndi, ata ağır vəziyyətdədir


Dünya 28 İyl 2019 12:16:00 210 0

3 qardaş güllələndi, ata ağır vəziyyətdədir

Türkiyənin Şanlıurfa şəhərində dəhşətli cinayət baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, küçədə iki qrup arasında öncə mübahisə düşüb, sonra odlu silahlar işə salınıb.

Hadisə zamanı Mehmet Güvən (68 yaş), onun oğulları - İbrahim Xəlil (32 yaş), Murad (35 yaş), Ramazan Güvən (38 yaş) güllələnib. Hadisədən sonra cinayətkarlar ərazidən qaçıblar.

Yaralılar ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin bütün cəhdlərinə baxmayaraq qardaşların həyatını xilas etmək mümkün olmayıb. Atanın vəziyyəti isə ağırdır.