NyuYorkda atışma olub:


Dünya 28 İyl 2019 10:28:00 237 0

NyuYorkda atışma olub:

Nyu-Yorkun Bruklin rayonunda baş verən atışma nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "New York Post" qəzeti hüquq-mühafizə orqanlarına istinadən yazıb.

Öncə yeddi nəfərin xəsarət alması barədə məlumat verilmişdi. Onlar hamısı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, atışma şənlikdə olub. Hazırda polis hücum edən şəxsin axtarışına başlayıb.