"Uber" Avstriyadakı bütün xidmətlərini müvəqqəti dayandırıb


Digərləri 28 İyl 2019 08:22:00 212 0

"Uber" Avstriyadakı bütün xidmətlərini müvəqqəti dayandırıb

"Uber" şirkəti Avstriyadakı bütün xidmətlərini müvəqqəti dayandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmə qərarı əsasında fəaliyyətini dayandıran ABŞ konserni növbəti həftələrdə yenidən Avstriya bazarına geri qayıtmağı planlaşdırır.

Vyanada taksi şirkətlərini birləşdirən təmsilçilik və "Uber" şirkəti arasında illərdən bəri davam edən məhkəmə çəkişməsində hələ ki, birinci tərəfin maraqları təmin olunub. Belə ki, Vyana Ticarət Məhkəməsinin qərarına əsasən, "Uber" şirkəti də digər oxşar xidmətlər kimi Avstriyada öz nümayəndəliyi ilə təmsil olunmalı və müvafiq lisenziya üçün rəsmi qurumlara müraciət etməlidir. Vyana ilə yanaşı, şirkətin Qrats, Zaltsburq və Lints şəhərlərindəki fəaliyyətinin pilot mərhələsi də dayandırılıb.

Qeyd edilməlidir ki, Vyanada taksi xidmətlərində olduqca ucuz qiymətləri təqdim edən "Uber" ilə yerli taksi şirkətləri arasında çəkişmə bir neçə ildir ki, davam edir. Vyanada aparıcı taksi xidmətləri operatoru olan "40100" şirkəti ABŞ konserninə qarşı aparılan mübarizədə ön cərgədə dayanır.