Ərdoğan PUA istehsalı üzrə zavodu ziyarət edib


Digərləri 28 İyl 2019 06:19:00 244 0

Ərdoğan PUA istehsalı üzrə zavodu ziyarət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın baş naziri Mahathir Məhəmməd İstanbulda "Baykar" müdafiə şirkətinin istehsal kompleksini ziyarət ediblər

Bakı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın baş naziri Mahathir Məhəmməd İstanbulda "Baykar" müdafiə şirkətinin istehsal kompleksini ziyarət ediblər. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, siyasətçilər Hadımköy rayonunda yerləşən kompleksə helikopterdə gəliblər. T.Ərdoğanı və M.Məhəmmədi Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank müşayiət edib.