Duanın yerinə yetməsinə mane olan 8 amil


Digərləri 27 İyl 2019 23:45:00 223 0

Duanın yerinə yetməsinə mane olan 8 amil

Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək əvvəlcədən duasına mane olan amilləri aradan qaldıra bilsin. Bu amillər ilə tanış olaq:

1. Günah. Günah insana 3 cür təsir qoyar:

a) Dua etmək tövfiqini aradan aparar.

b) İnsanın qəlbini qəsavət bağladığı üçün, Allaha diqqət etməz və ağlaya bilməz. Başqa sözlə desək, qəlb hüzuru əldə edə bilməz.

c) Duası yerinə yetməz. İmam Əli (ə) buyurur: "Günah, duanın yerinə yetməsini aradan aparar". Ona görə də "Kumeyl" duasında oxuyuruq: "Allahım, dualarımın yerinə yetməsinə mane olan günahlarımı bağışla!".

2. Xoş günlərdə dua etməyi tərk etmək. Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Həzrət Davuda (ə) vəhy edir: "Məni xoş və əmin-amanlıq günlərində yada sal ki, Mən də sənin çətin və giriftar əyyamındakı dualarını qəbul edəm".

3. Valideynə itaətsizlik etmək.

4. Namazları əvvəl vaxtda qılmamaq.