Toyota 2020 Tokio Olimpiya Oyunları üçün möhtəşəm robotlar istifadəyə buraxacaq


Digərləri 27 İyl 2019 21:15:00 372 0

Toyota 2020 Tokio Olimpiya Oyunları üçün möhtəşəm robotlar istifadəyə buraxacaq

Toyota, 2020 Tokio Olimpiya Oyunları üçün hazırladığı ağıllı robotlarını tanıtdı.

Son.az chip.az-a istinadən bildirir ki, Tokioda baş tutacaq 2020 Yay Olimpiya Oyunlarına olduqca qısa bir zaman qalıb. Yapon avtomobil istehsalçısı Toyota, Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları üçün inkişaf etdirdiyi robotlarını tanıtdı.

Toyota, olimpiadalara xüsusi olaraq inkişaf etdirdiyi 5 fərqli robot tanıtdı. Toyotanın robotları; Atletlərin avadanlıqlarını və çantalarını daşıyacaq, küçələrdə gəzib insanlara yemək paylanacaq, tədbir ərazisində tamaşaçılara məlumatlar verəcəklər.

Miraitowa və Someity

Bu 2 sevimli robot, olimpiadalar üçün talisman olaraq dizayn edilib. Gələn insanları qarşılayacaq, təbriklərdə iştirak edib, fotoşəkil çəkəcək olan bu robotlar kameralar və rəqəmsal sensorlu gözlərlə təchiz edilib. Miraitowa və Someity, insanlarla qarşılıqlı əlaqəyə girə və cavab verə biləcəklər. Həmçinin bu robotlar qollarını və ayaqlarını da hərəkət etdirə biləcəklər. Mərkəzdən əlavə digər şəhərlərdəki uşaqların da əylənə bilməsi üçün robotların bütün Yaponiyada paylanması düşünülür.

 THR-3:

THR-3, fərqli dizaynına baxmayaraq digər robotlarla bənzər xüsusiyyətlərə sahibdir. Bu insanabənzər robot, talisman robotlara görə bir az daha ciddi görünür, ancaq hərəkət qabiliyyəti baxımından yüksək potensiala malikdir. Toyota, THR-3 vasitəsilə idmançılarla qarşılıqlı əlaqəyə girməyəcək qədər uzaq mövqelərdəki digər qonaqlara unikal bir yol açır. Uzaq yerlərdən görüntü və səsləri çatdırmaqla yanaşı bu robotlar, istifadəçilərinə idmançıların hərəkətləri ilə bağlı geri dönüşlər edəcəklər.

T-TR1 (uzaq mövqe rabitə robotu):