Əfqanıstanın paytaxtında partlayış olub, yaralananlar var


Dünya 27 İyl 2019 20:36:00 202 0

Əfqanıstanın paytaxtında partlayış olub, yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin mərkəzi küçələrindən birində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

Baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Regionda fəaliyyət göstərən heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti hələlik öz üzərinə götürməyib.