iOS 12.4 yayımlandı


Digərləri 27 İyl 2019 20:15:00 210 0

iOS 12.4 yayımlandı

Apple, 2018-ci ilin Sentyabr ayında istifadəçilərə təqdim etdiyi iOS 12 əməliyyat sisteminin dördüncü böyük yenilənməsi olan iOS 12.4 variantını yayımladı. Beləliklə də iOS 12.4 variantı iOS 12.3-ün yayımlanmasından iki ay sonra istifadəçilərə təqdim olunub.   Son.az chip.az-a istinadən bildirir ki, iOS 12.4-ün gətirdiyi iPhone keçidi sayəsində məlumatları bir iPhone-dən digərinə kabelsiz olaraq köçürməyiniz mümkündür. Apple News + üzərində aparılan təkmilləşdirmələr sayəsində məzmunlar daha rahat görünür.

Apple News tətbiqində müəyyən edilən problemlərin aradan qaldırdığı iOS 12.4, Apple Watch istifadəçilərini sevindirib. Çünki watchOS 5 ilə istifadəyə verilən və daha sonra təhlükəsizlik açığı səbəbi ilə bağlanan Walkie-Talkie təkrar istifadəyə verilib.

Bununla da Apple Watch istifadəçiləri eynilə bir simsiz kimi bir-biriləri arasında səsli ünsiyyət qururlar. Bunun üçün bir-biri ilə danışmaq istəyən iki istifadəçinin dəvət göndərməsi kifayətdir.

Yenilənməyə iOS cihazlarda Qurğular - Ümumi - Yeniləmə menyusundan tanış ola bilərsiniz. Bununla yanaşı iPhone və ya iPadinizi kompüterinizə qoşduqdan sonra iTunes tətbiqini işlədərək yeniləyə bilərsiniz.

iOS 12.4 yenilənməsi gələn iPhone və iPad modelləri