NASA Günəşin ən ləkəsiz şəkilini çəkdi


Digərləri 27 İyl 2019 19:55:00 222 0

NASA Günəşin ən ləkəsiz şəkilini çəkdi

NASA-nın qrupları doğru anı tutaraq inanılmaz bir fotoşəkilə imza atdılar. Ortaya çıxan fotoşəkil Günəşin bu günə qədər çəkilən ən ləkəsiz fotoşəkillərindən biri oldu. Mövzuyla əlaqədar NASA şərh verərək Günəşin səthinin niyə ləkəsiz olduğunu söylədi.

Son.az deyerler.org-a istinadən bildirir ki, NASA Beynəlxalq Kosmos Stansiyası (ISS) ilə günəşin qarşı-qarşıya qaldığı sırada çəkilmiş təəccüblü bir fotoşəkil nəşr etdi. Raini Kolakursio tərəfindən çəkilmiş fotoşəkil ilə əlaqədar NASA-nın şərhləri belədir: "Günəşlə qarşı-qarşıya qalmaq ISS üçün fövqəladə bir hal deyil. Çünki stansiya 90 dəqiqədə bir dünyanın ətrafında bir dövr edir. Qarşılaşma əsnasında isə bu fotoşəkilin çəkilə bilməsi olduqca nadir bir haldır. Qəribə bir formada fotoşəkil çəkildiyi sırada heç Günəş ləkəsi tapılmırdı. Fotoşəkil iki fotoşəkilin bir araya gətirilməsindən yaradıldı. Bu fotoşəkillərdən biri ISS Günəşin qarşısındaykən çəkilən bir fotoşəkil, digəri də Günəşin səthinin ətraflı bir fotoşəkilidir".

Fotoşəkil Günəşi heç ləkəsi olmadan göstərdiyi üçün ayrı bir yerə sahibdir.