Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı?


Digərləri 27 İyl 2019 19:45:00 230 0

Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı?

Qohum günah əhlidirsə, onunla əlaqəni kəsmək olarmı, bu günah sayılmazmı?

İslam dininin ən mühüm əxlaqi və sosial göstərişlərindən biri sileyi-rəhimə riayət etmək, yəni qohumlarla mehriban əlaqə saxlamaqdır. Sileyi-rəhimi üzrsüz yerə kəsmək (buna qəti-rəhim deyirər) günahdır. Lakin bəzi hallarda buna icazə verilir. Əgər hər hansı qohum açıq-aşkar günahla məşğuldursa, onunla ünsiyyətdə olmaq həmin günaha şərik olmaq və ya həmin qohuma bu günahda yardım göstərib dayaq olmaq mənasını verərsə, onunla əlaqəni kəsmək icazəlidir. Amma bundan əvvəl mütləq ona nəsihət etmək, pis yoldan döndərməyə çalışmaq lazımdır. Əgər nəsihət fayda verməsə, əksinə, öz yolunda israr etsə, əlaqələri məhdudlaşdırmaq və zərurət halında tam kəsmək olar.