Hindistan və Nepalda təbii fəlakət:


Dünya 27 İyl 2019 19:31:00 215 0

Hindistan və Nepalda təbii fəlakət:

Hindistanın şərqindəki Bihar ştatında baş verən daşqınlar 8,3 milyon nəfər insanın zərər çəkməsinə, 127 nəfərin isə dünyasını dəyişməsinə səbəb olub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Daha əvvəl daşqın bölgəsində 106 nəfərin öldüyü və 8 milyondan çox insanın su basmış ərazilərdə olduğu bildirilmişdi.

Bununla yanaşı Hindistana qonşu Nepalda da sel və leysan yağışları nəticəsində 90 nəfər ölüb, 31 nəfər itkin düşüb.