İsrail əsgərinə vurulan livanlı qız, tabut daşıyan iraqlı...


Digərləri 27 İyl 2019 19:25:00 293 0

İsrail əsgərinə vurulan livanlı qız, tabut daşıyan iraqlı...

Son.az lent.az-a istinadən Hünər Səlimin "Sıfır kilometr" və Randa Çahal Sabaqın "Çərpələng" filmləri barədə Sevda Sultanovanın yazısını təqdim edir

Kürd əsilli iraqlı rejissor Hüner Səlimin 2005-ci ildə ekranlara çıxan "Sıfır kilometr" filmi İraq istehsalıdır. Və Kann kinofestivalında iştirak edən ilk İraq filmidir.

Süjet: Hadisələr 1988-ci il İran-İraq müharibəsinin son günlərində baş verir. İraq ordusunun əsgəri, kürd əsili Ako (Nazmi Kırık) ölkədən getmək istəyir. Amma arvadı Selma (Belçim Bilgin) onun təklifi ilə razılaşmır. Çünki çarpayıya məhkum atasını qoyub getmək istəmir. Akonu tezliklə orduya çağırırlar. O, burda müharibənin amansız gerçəkliyi ilə tanış olur və ölkədən getmək istəyi daha da güclənir. Akoya ölmüş əsgər yoldaşının tabutunu qohumlarına çatdırmaq tapşırılır. O, kürdləri sevməyən ərəb sürücüsü (Eyyam Ekrem) ilə yol yoldaşı olur. Yol boyu onların müharibə, ərəb-kürd münaqişəsi ilə bağlı mübahisələri düşür. Mənzil başına yetişəndə Akonun ölmüş əsgərin qohumlarına tabutu təslim etməyə cəsarəti çatmır. Uzun yolçuluqdan bezən ərəb sürücü onu tərk edir. Ako isə tabutu bir çöllükdə buraxıb gedir. Ailəsini də götürərək Fransaya mühacirət edir...