Süd verən dayənin uşağın tərbiyəsinə təsiri var


Digərləri 27 İyl 2019 19:10:00 214 0

Süd verən dayənin uşağın tərbiyəsinə təsiri var

Övladın qidalanması onun cisminə təsir qoyduğu kimi, ruhuna da təsir qoyur. Ona görə də içdiyi südün vasitəsilə həmin qadının yaxşı və pis sifətləri körpəyə ötürülür. Bu səbəbdən dinimiz buyurur ki, süd vermək üçün əgər dayə tutsanız, gərək bəzi şərtlərə diqqət göstərəsiniz.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Ağlı az olan, zəif və gözünün suyu axan qadınları dayə tutmayın. Çünki süd təsir göstərir".

İmam Əli (ə) buyurur: "Körpələrinizi dəli və pis əməl sahibi olan qadınların süd verməsindən uzaq saxlayın. Çünki südün təsiri vardır".

İmam Sadiq (ə) buyurur: "Övladına süd verməsi üçün zərdüştü qadını dayə tutma. Ancaq yəhudi və xristian qadının eybi yoxdur. Bir şərtlə ki, şərab içməsin və bu əməldən çəkindirilsin".