Beyləqanda həmkəndlisinin sifətinə bıçaq zərbələri yetirən şəxs saxlanılıb


Digərləri 27 İyl 2019 18:03:23 229 0

Beyləqanda həmkəndlisinin sifətinə bıçaq zərbələri yetirən şəxs saxlanılıb

Beyləqanda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Beyləqanda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. E.Əliyarov xəstəxanaya yerləşdirilib. Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılıb.