Tamaşaçı: Səməd Məmmədlinin gümüş medal qazanmasına çox şadam


Digərləri 27 İyl 2019 17:04:00 218 0

Tamaşaçı: Səməd Məmmədlinin gümüş medal qazanmasına çox şadam

Ölkədə gimnastikanın müxtəlif növləri üzrə çoxsaylı yarışların keçirilməsi uşaqların bu idman növünə marağını artırır.

Bakı. Cani Babayeva - Ölkədə gimnastikanın müxtəlif növləri üzrə çoxsaylı yarışların keçirilməsi uşaqların bu idman növünə marağını artırır. Bunu Trend-ə "EYOF Bakı 2019" çərçivəsində keçirilən idman gimnastikası yarışlarını seyr edən tamaşaçı Viktoriya Zəkiyeva deyib. Tamaşaçı bildirib: "Mənə elə gəlir ki, kiminsə nailiyyətinə nəzər yetirərkən, insanda daha böyük uğurlara maraq yaranır". V.Zəkiyeva qeyd edib ki, Milli Gimnastika Arenasında idman yarışlarının təşkili çox yüksək səviyyədə baş tutur: "Çox şadam ki, azərbaycanlı gimnast Səməd Məmmədli gümüş medal qazandı. Sizin ölkədə bu cür idmançıların olması təqdirəlayirdir. Səmədə bundan da yüksək nailiyyətlər arzulayıram". XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb.