Britaniyalı gimnast: EYOF Bakı 2019 - əla təcrübə idi


Digərləri 27 İyl 2019 16:12:37 235 0

Britaniyalı gimnast: EYOF Bakı 2019 - əla təcrübə idi

EYOF Bakı 2019 - böyük bir təcrübə idi.

Bakı. Cani Babayeva - "EYOF Bakı 2019" - böyük bir təcrübə idi. Bunu Trend-ə dayaqla tullanma üzrə idman gimnastikası yarışlarının qalibi britaniyalı gimnast Reykvon Batist deyib. Gimnast deyib: "Bu, mənim üçün yeni təcrübə idi. Mən qazandığım təcrübədən yararlanmaq istəyirəm. Bütün idmançılara bu cür yarışlara qatılmağı məsləhət görürəm. Bu, mənim iştirak etdiyim yarışlar arasında ən çətini idi. Bütün gücümlə çalışdım ki, dünyaya nəyə qadir olduğumu nümayiş etdirim. Hər şey əladır". Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb. Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.