EYOF Bakı 2019-da idman gimnastikası üzrə yarışlarda növbəti mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 27 İyl 2019 15:42:50 241 0

EYOF Bakı 2019-da idman gimnastikası üzrə yarışlarda növbəti mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bu gün Milli Gimasntika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda kişilər arasında dayaqla tullanma, qadınlar arasında gimnastika tirində hərəkətlərdə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Bakı. Cani Babayeva - Bu gün Milli Gimasntika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda kişilər arasında dayaqla tullanma, qadınlar arasında gimnastika tirində hərəkətlərdə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, kişilər arasında dayaqla tullanmada birinci yeri Reykvon Batist (Böyük Britaniya, 13,983 xal), ikinci yeri Robert Burtanete (Rumıniya, 13,933 xal), üçüncü yeri isə Qabriel Burtanete (Rumıniya, 13,833 xal) tutub. Qadınlar arasında gimnastika tirində hərəkətlərdə qızıl medalı Ondin Açamponq (Вöyük Britaniya, 13,666 xal), gümüş medalı Silviana-Mariya Sfirinq-Qeorqe (Rumıniya, 13,666 xal), bürünc medalı isə Klariss Passeron (Fransa, 13,000 xal) qazanıb. Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb. Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.