"Uşaqların 80 faizi doğuş zamanı travma alır"


Digərləri 27 İyl 2019 13:11:00 209 0

"Uşaqların 80 faizi doğuş zamanı travma alır"

Professor, həkim nevroloq Aleksandr Ratner Kazan uşaq nevrologiya məktəbinin banisi hesab olunur. Kazanda sağlam uşaqların sayının artmasında əvəzsiz rolu olan, xüsusi Kazan doğuş metodikasını tətbiq edən həkimə dünya şöhrətini tibb elmində açdığı yeni xətt gətirib.

Son.az bakupost-a istinadən xəbər verir ki, Ratner sübut edib ki, doğuş zamanı əksər uşaqların sinir sistemi zədələnir, bu da gələcəkdə xəstəliklərin əsasını qoyur. Düzgün aparılmayan və xüsusi texnikası olmayan doğuş zamanı nəinki uşağın baş-beyni, həmçinin onurğa beyni də travma alır. 

Ratnerin təşəbbüsü ilə doğuma icazə və buraxılış qaydaları, eləcə də doğuş zamanı uşaqların beyin və onurğasının travma almasının qarşısını alan tədbirlər, yeni metodlar Kazanda yenidoğulmuşlarda nevroloji problemləri 4 dəfə azaldıb.