Avropa Olimpiya Komitələrinin vitse-prezidenti: Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq


Digərləri 27 İyl 2019 11:37:00 194 0

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti: Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq

Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etdi.

Bakı. Elçin Mehdiyev – Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etdi. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. N.Nayqard bildirib ki, Azərbaycanın çox gözəl idman məkanları var, eyni zamanda, könüllülər çox gözəl fəaliyyət göstərdi: “Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin