Bütün brauzerlərdə parollar görünəcək


Digərləri 27 İyl 2019 08:31:00 229 0

Bütün brauzerlərdə parollar görünəcək

"Microsoft"un tərtibatçıları bu yaxınlarda "Chromium"a əsaslanan "Edge", "Chrome" və başqa brauzerlərdə əlçatan olacaq parolun görünməsi funksiyası üzərində işləyirlər. Sözügedən funksiya istifadəçiyə veb-saytın parol daxil edilən formasında şifrin yazılması vaxtı onu görməyə imkan verəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, parolun görsənməsi funksiyası, həmçinin "qısa klavişlər" dəstəyinə malik olacaq.

Layihə hələ ki hazırlanma mərhələsindədir, buna görə sözügedən funksiyanın "Microsoft Edge" və ya "Chrome" brauzerlərində əlçatan olması üçün müəyyən qədər vaxt lazımdır.